UEFA "Qarabağ"ın ən yaxşı oyunçusunu seçir

UEFA "Qarabağ"ın ən yaxşı oyunçusunu seçir

UEFA Konfrans Liqasının rəsmi "Twitter" səhifəsi "Qarabağ"la bağlı paylaşım edib.

Fanat.Az xəbər verir ki, postda Azərbaycan təmsilçisinin futbolçuları - İbrahima Vadji, Abbas Hüseynov və Kadi Borgesin qrup mərhələsində vurduğu qollar və qapıçı Şahruddin Məhəmmədəliyevin qurtarışı yer alıb.

Paylaşımda "Qrup mərhələsində "Qarabağ"ın ən yaxşı oyunçusu kim olub?" sualı da ünvanlanıb.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər