UEFA “Qarabağ”ın məşqçisini cəzalandırdı

UEFA “Qarabağ”ın məşqçisini cəzalandırdı

UEFA “Qarabağ”ın məşqçisi Çudomir Çakarovu iki oyunluq cəzalandırıb.

Fanat.Az xəbər verir ki, buna 47 yaşlı mütəxəssisin Bakıda “Ayaks”a uduzduqları (0:3) Avropa Liqasının 3-cü turunun matçında qırmızı vərəqə alması səbəb olub.

Oyunu idarə edən şotlandiyalı FİFA referisi Nikolas Uolş fasilədə Bolqarıstandan olan məşqçiyə qırmızı vərəqə göstərib. O, Avropa Liqasında qarşıdakı iki matçda texniki zonada əyləşə bilməyəcək.

Bundan başqa, həmin matçda birbaşa qırmızı vərəqə görən Julio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev hərəyə bir oyunluq cəzalandırılıb.

“Qarabağ” 4-cü turda, noyabrın 7-də Norveçdə “Budo Qlimt”in qonağı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər