UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19-u "Benfika"ya qarşı

UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19-u "Benfika"ya qarşı

Bu gün "Qarabağ"ın U-19 komandası da növbəti sınağına çıxacaq.

Fanat.Az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv UEFA Gənclər Liqasının əsas mərhələsində Portuqaliyada "Benfika"nın gəncləri ilə üz-üzə gələcək.

Matç saat 14:00-da start götürəcək. Oyunda ədaləti FIFA referisi Ceymi Robinsonun başçılıq etdiyi Şimali İrlandiyadan olan hakimlər briqadası qoruyacaq. 

Qeyd edək ki, U-19 oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopengahen"lə qarşılaşacaq.

UEFA Gənclər Liqası Liqa mərhələsi, 1-ci tur 16 sentyabr

"Benfika" U-19 (Portuqaliya) - "Qarabağ" U-19 (Azərbaycan) Hakimlər: Ceymi Robinson, Adam Ceffri, Brayan Uilson (Şimali İrlandiya), Dioqu Roşa (Portuqaliya). Seixal. "Futebol Campus".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər