UEFA Gənclər Liqası: "Qarabağ" "Çelsi"yə də böyük hesabla uduzdu

UEFA Gənclər Liqası: "Qarabağ" "Çelsi"yə də böyük hesabla uduzdu

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçına çıxıb. 

Fanat.Az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda 4-cü turda London "Çelsi"si ilə qarşılaşıb.

İngiltərə təmsilçisini Bakıda qəbul edən ağdamlılar "Azərsun Arena"da baş tutan görüşdən də böyük hesablı məğlubiyyətlə ayrılıb - 0:5. Rəqib bütün qollarını ikinci hissədə vurublar.

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası əvvəlki üç turdakı oyunlarının hamısını böyük hesabla uduzub - "Benfika" 1:7, "Kopenhagen" 0:5, "Atletik Bilbao" 0:3.

UEFA Gənclər Liqası Liqa mərhələsi, 4-cü tur 5 noyabr

"Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə) 0:5 Qollar: Qordon, 58. Derri, 66; 68. Мхеука, 80. Ranhem, 90+2. "Azərsun Arena".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər