UEFA-dan "Qarabağ"la bağlı növbəti paylaşım

UEFA-dan "Qarabağ"la bağlı növbəti paylaşım

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ" klubu haqqında paylaşım edib.

Fanat.Az xəbər verir ki, paylaşımda Ağdam təmsilçisinin son 25 görüşdə yalnız bir dəfə məğlub olduğu bildirilib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda cari mövsüm yeganə məğlubiyyətini ölkə çempionatının VIII turunda səfərdə "Səbail"lə görüşdə alıb - 1:3.

Paylaşımda həftəsonu Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"a 5:1 hesabı ilə qalib gəldiyi də bildirilib.

 

Qeyd edək ki, "Qarabağ" noyabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İsveçrədə "Bazel"in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər