UEFA-dan "Qarabağ"a qol vuran futbolçu ilə bağlı paylaşım

UEFA-dan "Qarabağ"a qol vuran futbolçu ilə bağlı paylaşım

UEFA Konfrans Liqasının rəsmi "Twitter" hesabı Fransanın "Marsel" klubunun futbolçusu Dimitri Payet haqqında paylaşım edib.

Fanat.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin pley-off mərhələsinin ilk oyununda "Qarabağ"a vurduğu qol yayımlanıb.

Fransalı oyunçunun cari mövsüm avrokuboklarda 23 görüşdə 15 qolun iştirakısı olduğu, daha dəqiqi, 9 qol, 6 məhsuldar ötürmə ilə yadda qaldığı xatırladılıb. Qeyd edək ki, "Qarabağ" və "Marsel" komandaları arasındakı cavab qarşılaşması bu gün saat 21:45-də start götürəcək. Fransadakı ilk oyunda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub. Payet təmsilçimizlə oyunda sonuncu qolun müəllifi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər