UEFA-dan "Qarabağ" - "Mölde" matçı ilə bağlı açıqlama

UEFA-dan "Qarabağ" - "Mölde" matçı ilə bağlı açıqlama
UEFA "Qarabağ" və Norveç "Mölde"si arasında keçirilməli olan Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu ilə bağlı məsələdən xəbərdardır və hazırda situasiyanı öyrənir.
Bu barədə Avropa futbol qurumu "Report"un sorğusuna cavab olaraq bildirib. "Hazırkı mərhələdə əlavə şərhimiz yoxdur" deyə açıqlamada vurğulanıb. 
Qeyd edək ki, püşkə əsasən, "Qarabağ" - "Mölde" qarşılaşması sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməlidir. Lakin "Mölde" rəhbərliyi Norveçdə Şengen zonası ölkələrindən qayıtdıqdan sonra 10 günlük karantinə alınma qaydasının tətbiq olunacağını əsas gətirərək, görüşün neytral ölkədə təşkilini təklif edib. "Qarabağ" klubu bununla razılaşmayıb. Yekun qərarı UEFA verəcək.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər