Türkiyə millisinin yeni baş məşqçisi bilindi - RƏSMİ

Türkiyə millisinin yeni baş məşqçisi bilindi - RƏSMİ

Türkiyə yığmasının yeni baş məşqçisinin adına aydınlıq  gəlib.

Fanat.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyası italiyalı Vinçentso Montella ilə anlaşıb. 

Qurumun rəsmi saytının yaydığı məlumata görə, istefaya göndərilən Ştefan Kuntsu əvəzləyən Montella ilə üç illik müqavilə imzalanıb. 

Montella Tükiyə futbol ictimaiyyətinə yad sima deyil. O, ötün mövsüm “Adana Dəmirspor”u çalışdırıb. Hazırda millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi Adana klubu 2022-2023 mövsümünü italiyalı məşqçinin rəhbərliyi altında Super Liqada 4-cü pillədə başa vuraraq klub tarixinin ən yüksək nəticəsini reallaşdırıb. Beləliklə, "Adana Dəmirspor" ilk dəfə avrokuboklarda mübarizə aparmaq hüququ qazanıb.

İlk məşqçilik təcrübəsinə 2011-ci ildə "Roma"da yiyələnən Montella daha sonra "Kataniya", "Fiorentina", "Sampdoriya", "Milan" və "Sevilya"nı çalışdırıb. “Fiorentina” ilə 3 mövsüm ardıcıl A Seriyasında ilk "4-lüy"ə girməyi bacaran italiyalı çalışdırıcı 2014-2015 mövsümündə komandasını UEFA Avropa Liqasının yarımfinalına çıxarıb. "Sevilya"da işlədiyi müddətdə komandanı Kral Kuboku finalına çıxarıb və klubun tarixində ilk dəfə Çempionlar Liqasının 1/4 finalına yüksəlməsinə kömək edib.

Qeyd edək ki, Türkiyə yığması AVRO-2024-ün seçmə mərhələsində 5 oyundan sona 10 xal toplayaraq, ikinci pillədə qərarlaşıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər