Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu - İddia

Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu - İddia

Ştefan Kuntz Türkiyə milli komandasının yeni baş məşqçisi olacaq.

Fanat.Az xəbər verir ki, bu iddia ilə "Sabah" nəşri çıxış edib. 

Şenol Günəşin istefasından dərhal sonra yeni məşqçi axtarışlarına başlayan Türkiyə Futbol Federasiyası komandanı əcnəbi məşqçiyə həvalə etmək qərarına gəlib ki, 58 yaşlı məşqçi Ştefan Kuntzla razılıq əldə olunduğu bildirilir. 

Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu - İddia

Danışıqlara başçılıq edən TFF meneceri Həmit Altıntop alman mütəxəssislə görüşüb. Bütün detallar razılaşdırlıb, sadəcə, son qərarı federasiya prezidenti Nihat Özdemir verəcək. 

Almaniya U-21-ni çalışdıran Ştefan Kuntzun 2016-17 və 2020-21-ci illərdə Avropa çempionatındakı uğurları ilə yanaşı, saysız-hesabsız ulduzların hazırlanmasında da payı var. O, Türkiyə futboluna da yad sima deyil. Belə ki, Kuntz 1995-96 mövsümündə "Beşiktaş"da çıxış edib və 34 oyunda 11 qol vurub. 

Qeyd edək ki, DÇ-2022 yolunda ən kritik oyunlarını keçirəcək Türkiyə oktyabrın 8 -də Norveçlə, oktyabrın 11-də isə Latviya ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər