Müqavilə ilə "Roma"ya məxsus olan, hazırda icarə əsasında "Lester"də oynayan Cengiz Ünder yenidən A seriyasına qayıda bilər.
Fanat.Az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, türk yarımmüdafiəçini "Milan" transfer etmək istəyir.
Xəbərdə "Roma"nın 23 yaşlı Cengizi 15 milyon avroya satmağı planlaşdırdığı bildirilib.
Roma təmsilçisi ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında bitəcək Ünder bu mövsüm İngiltərə Premyer Liqasında 19 oyuna çıxıb. Türkiyə yığmasının üzvü bu görüşlərdə 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Atilla