Türkiyə millisinin üzvünə qiymət qoyuldu - 40 milyon avro

Türkiyə millisinin üzvünə qiymət qoyuldu - 40 milyon avro
"Yuventus"dan ayrılması gözlənilən Merih Demiralın transfer qiyməti müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Turin klubu yeni baş məşqçi Massimiliano Alleqinin planlarına daxil olmayan Türkiyə millisinin üzvünə 40 milyon avro qiymət qoyub. Türk futbolçu hazırda "Everton"un transfer siyahısındadı və ingilislər onu heyətə qatmaq üçün danışıqlar aparır.
Qeyd edək ki, Merih Demiral 2019-cu ildə "Sassuolo"dan "Yuventus"a 18 milyon avroya transfer ounub. Hazırda "Transfermarkt" 23 yaşlı mərkəz müdafiəçisinə 28 milyon avro qiymət qoyub. Türkiyə millisinin üzvü 2020/21 mövsümündə Turin klubunun heyətində 24 rəsmi oyunda meydana çıxaraq bir qol ötürməsi verib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər