Türkiyə millisinin üzvü Rusiya klubuna pulsuz keçir

Türkiyə millisinin üzvü Rusiya klubuna pulsuz keçir

"Lill"in yarımmüdafiəçisi Yusuf Yazıcı Rusiya SSKA-sı ilə razılığa gəlib.

Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, Premyer Liqa klubu Türkiyə millisinin üzvünü bu mövsümün sonuna kimi icarəyə götürəcək. 

Bunun üçün klubun Fransa təmsilçisinə ödəniş etməyəcəyi bildirilir. SSKA yayda 12 milyon avro ödəyərək 24 yaşlı oyunçunu birdəfəlik almaq hüququna malik olacaq.

Qeyd edək ki, Yusif Yazıcı bu mövsüm "Lill"də 22 matçda oynayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər