Türkiyə millisinin üzvü iş yerini dəyişdi

Türkiyə millisinin üzvü iş yerini dəyişdi
"Renn”in və Türkiyənin U-21 yığmasının hücumçusu Metehan Güclü iş yerini dəyişib.
 
Fanat.Az xəbər verir ki, 21 yaşlı futbolçu gələn mövsüm Liqa 2-də mübarizə aparan "Valensyenn”də top qovacaq.
 
Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. Liqa 1 təmsilçisi gənc futbolçusunu bir illik icarəyə verib. Müqavilədə satınalma şərtinin olmadığı da diqqətə çatdırılıb.
 
PSJ-nin yetirməsi olan Metehan paytaxt klubunun əsas komandasında 2018/19 mövsümündə bir oyuna çıxaraq qol vurub. O, ötən yay "Renn”ə keçib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər