Türkiyə çempionu “Beşiktaş” heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, Superliqa əmsilçisi Türkiyə millisinin də üzvü olan Umut Meraşı rənglərinə bağlayıb. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı sol cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb. Meraş Fransanın “Havr” klubundan transfer olunub. “Beşiktaş” bu keçidə görə sözügedən kluba 1,5 milyon avro ödəyib. Türkiyə millisində 14 oyuna çıxmış Umut “Boluspor”un yetirməsidir. O, 2018/19 mövsümünü “Bursaspor”da keçirdikdən sonra məhz bu klubdan “Havr”a transfer olunmuşdu.