Türkiyə millisinin sabiq futbolçusu Gökhan Gönül saxlanılıb.
Fanat.Az "Milliyet"ə istinadən xəbər verir ki, 40 yaşlı veteran səhm bazarındakı bəzi əməliyyatlarda manipulyasiya iddiaları ilə başladılan istintaq çərçivəsində tutulub.
İstanbul Baş Prokurorluğu beş bölgədə əməliyyat keçirib və ümumilikdə 12 nəfəri saxlayıb.
Qeyd edək ki, Gönül "Fənərbağça" ilə 2, "Beşiktaş"la 1 dəfə Super Liqanın qalibi adını qazanıb.