Türkiyə millisinin forvardı "Beşiktaş"da - RƏSMİ

Türkiyə millisinin forvardı "Beşiktaş"da - RƏSMİ
Türkiyə çempionu "Beşiktaş” heyətinə yeni hücumçu qatıb. 
Fanat.Az xəbər verir ki, "qartallar" Türkiyə millisinin 27 yaşlı forvardı Kenan Karamanı rənglərinə bağlayıb.
 
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.  Karaman 3 illik müqaviləyə imza atıb.
 
Qeyd edək ki, Almaniyada doğulan Kenan Karaman, peşəkar karyerasına yetirməsi olduğu "Hoffenhaym” klubunda başlayıb. 2014-cü ildə o, bu klubdan ayrılaraq "Hannover”ə üz tutub. 2018-ci ildən isə hücumçu Düsseldorf "Fortuna”sının uğurları üçün çalışırdı.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər