Türkiyə millisinin daha bir futbolçusu koronavirusa yoluxdu

Türkiyə millisinin daha bir futbolçusu koronavirusa yoluxdu
Türkiyə millisinin və Almaniyanın "Fortuna” klubunun futbolçusu Kenan Karaman koronavirusa yoluxub. 
 
Fanat.Az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, 27 yaşlı hücumçunun Türkiyə yığmasının düşərgəsindən qayıtdıqdan sonra verdiyi koronavirus testinin müsbət çıxdığı bildirilib.
 
Karaman dərhal evində karantinə alınıb.
Qeyd edək ki, buna kimi Türkiyə yığmasının dahal 12 futbolçusunda koronavirus aşkarlanmışdı.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər