Ötən gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Türkiyə millisi səfərdə Latviya yığmasına 2:1 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Türkiyənin baş məşqçisi Stefan Kuntz qələbəni şərh edib.
58 yaşıl mütəxəssis oyunun nəticəsindən razı qaldığını bildirib: "Qalib gəldik və 3 xala sahib olduq. Rəqibin vurduğu qoldan sonra futbolçularımızın göstərdiyi reaksiyaya sevindim. Özümüzə güvənmədiyimizi deyirdilər, amma biz bunun əksini göstərdik. Futbolçularım hələ də yarışa davam edir və hər şey irəlidədir."
Xatırladaq ki, Türkiyə millisi növbəti oyununu noyabr ayının 13-ü evdə Cəbəllüttariq yığmasına qarşı keçirəcək.
Emin Şəmsiyev