Türkiyə millisinin "AVRO-2020" mümkün rəqibləri kimdir?

Türkiyə millisinin "AVRO-2020" mümkün rəqibləri kimdir?
Türkiyə millisi İslandiya ilə 0:0 hesablı heç-heçədən sonra "AVRO-2020"nin final mərhələsinə vəsiqəni təmin edib.
Fanat.Az xəbər verir ki, bu heç-heçə sayəsində xalları 20-ə çatan türklərin ən yaxın izləyici İslandiya ilə arsındakı xal sayı 4-ə yüksəlib.  Lider Fransa ilə arasında iki xal fərqi olan Türkiyə millisi qrupu ilk pillədə də başa vura bilər. 
Türklərin "AVRO-2020"nin final mərhələsindəki rəqibləri isə 30 noyabr tarixində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək püşkatmada bəlli olacaq. 
 
"AVRO-2020"nin final mərhələsinə vəsiqə qazanan Belçika, İtaliya, İspaniya, Rusiya, Polşa, Fransa, Ukrayna və İngiltərə milli komandaları Türkiyənin mümkün rəqibləridir. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər