Türkiyə millisinin 22 yaşlı yarımmüdafiəçisi Yusuf Yazıçı sıradan çıxıb. Fanat.Az xəbər verir ki, Fransanın "Lill” klubunun üzvü 19-cu turda səfərdə "Monako" ilə keçirilən matçın (1:5) 39-cu dəqiqəsində zədələnib. Klubun rəsmi saytı futbolçunun çarpaz bağlarının qopduğunu açıqlayıb.
Orta xətt oyunçusu mövsümün qalan hissəsində oynamayacaq. Türkiyəyə qayıdan futbolçu bu gün əməliyyat ediləcək. Bu isə o deməkdir ki, Yusufun Avropa çempionatına yollanmaq ehtimalı olduqca azdı.
Fanat.Az