Türkiyə millisində qadağalar: Kuntzun yeni qaydaları

Türkiyə millisində qadağalar: Kuntzun yeni qaydaları

Türkiyə millisinə yeni ruh gətirən baş məşqçi Ştefan Kuntz Dünya çempionatının seçmə oyunları ərəfəsində komandanın psixoloji hazırlığına ciddi fikir verir. 

Fanat.Az "Skorer"ə istinadən xəbər verir ki, alman məşqçi ilk olaraq özündən başlayıb. Türkiyədə olduğu müddətdə bəzi türkcə sözləri öyrənən Kuntz oyunçularla onların dilində danışmaq üçün fərdi dərslər alır. 

Alman məşqçi Rivadakı toplanışda komanda üzvlərinə şam yeməyində telefonu qadağan edib. Oyunçular yemək zamanı nə olursa-olsun, telefonlarına cavab vermirlər. Bu qadağa təkcə futbolçulara deyil, məşqçi heyətinə də aiddir.

Bundan başqa, hamı yeməyini bitirənə qədər heç kim masadan ayrılmır. Kapitan Burak Yılmaz "nuş olsun" demədən kimsə ayağa qalxmır. Kuntz bu yolla oyunçulara komanda ruhunu gətirməyi hədəfləyir və komanda şəklində hərəkət etməyin vacibliyini çatdırmağa çalışır.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər