Türkiyə mətbuatı: "Neftçi" rəhbərliyi peşman olub"

Türkiyə mətbuatı: "Neftçi" rəhbərliyi peşman olub"
"Qalatasaray"ın "Əskişəhərspor"dan transfer etdiyi Jesse Sekidika haqqında Türkiyə mətbuatında maraqlı məlumat yayılıb. 
Fanat.Az xəbər verir ki, məlumat "Skorer" saytında yer alıb.
 
Xəbərdə futbolçunun daha əvvəl "Neftçi" klubuna təklif olunduğunu, ancaq Bakı klubunda baxışda olan Sekidikanın "Neftçi"nin məşqçilər korpusu tərəfindən bəyənilmədiyi yazılıb. 
Türkiyə mətbuatı futbolçunun "Qalatasaray"a transfer olunduğundan xəbər tutan "Neftçi" tərəfinin heyifsiləndiyini, "Biz nəyi görmədik? "Qalatasaray" kimi bir klubunun bəyəndiyi futbolçunu biz niyə bəyənmədik?" deyərək peşmançılıq çəkdiklərini qeyd edib. 
 
Türkiyə mətbuatı: "Neftçi" rəhbərliyi peşman olub"
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər