"Qarabağ" Türkiyə Super Liqasında çıxış edən "Rizəspor"un təklifini rədd edib. Fanat.az xəbər verir ki, qardaş ölkə təmsilçisi Ağdam klubunun qapısını iki futbolçuya görə döyüb.
Rizə klubu Bədavi Hüseynov və Riçard Almeydanı sıralaraına qatmaq istəyib. Ancaq Çempionar Liqasında ölkəmizi təmsil edən "atlılar" türklərin hər iki futbolçuya görə etdiyi təklifi geri çevirib.
Məsələ burasındadı ki, Bədavi ilə yanaşı, Almeyda da "Rizəspor"un təklifinə müsbət yanaşmayıb. Bir sözlə, "Qarabağ"da qalmaq futbolçular üçün daha dügzün seçim olub.
Qeyd edək ki, rizəlilər ötən mövsümü 37 xalla 13-cü pillədə başa vurub.
Fanat.az