"Turan Tovuz"un Müşahidə Şurası Abbasova "hə" dedi - RƏSMİ

"Turan Tovuz"un Müşahidə Şurası Abbasova "hə" dedi - RƏSMİ

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" klubunun  Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gündəlik məsələ yeni baş məşqçinin seçilməsi olub. 

Aparılan müzakirələrdən sonra namizədlər arasından  Ayxan Abbasovun  klubun strategiyasına daha uyğun olduğu vurğulanıb. Artıq PRO kateqoriyalı mütəxəssislə danışıqlara başlanıb. Danışıqlar müsbət nəticə verəcəyi təqdirdə Ayxan Abbasovla  müqavilə imzalanacaq. Bu haqda ictimaiyyətə rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, Ayxan Abbasovun "Turan Tovuz"a keçəcəyi ilə bağlı ilk xəbəri Fanat.Az yaymışdı.

Mirağa   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər