"Turan Tovuz"un baş məşqçisi: "Komanda tam hazırdır"

"Turan Tovuz"un baş məşqçisi: "Komanda tam hazırdır"

Dünən futbol üzrə I Divizionun açılış turunun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, "Turan Tovuz-2" komandası "Şamaxı-2"ni 1:0 hesabı ilə məğlub edərək ilk 3 xalını elə birinci turda qazanıb. 

Tovuz klubunun baş məşqçisi Nizami Ocaqverdiyev saytımıza verdiyi açıqlamada yetirmələrinin I Diviziona nə dərəcədə hazırlıqlı olduğu barədə danışıb: 

"Çempionata hazırlığımız lazımi səviyyədə keçib. Nə dərəcədə hazır olduğumuzu gələcək oyunlarımız göstərəcək.

"Turan Tovuz-2"nin heyətini əsasən akademiyanın (Turan Tovuz Akademiyası) futbolçuları təşkil edir. Onları komandaya cəlb edərkən seçim edirik. I Divizionda çıxış etmək səviyyəsinə çatan oyunçular heyətimizə cəlb olunur.

Çempionatdakı komandalardan kimin daha çox potensiala malik olduğu hələ bəlli deyil. Düşünürəm ki, 3-4 turdan sonra hansı klubun daha iddialı olacağını müəyyən etmək mümkün olacaq. 

İştirak edəcəyimiz turnirdə "Araz-Naxçıvan", "Qaradağ-Lökbatan", "Zaqatala" və digər təcrübəli komandalar var. Əminliklə deyə bilərəm ki, "Turan Tovuz-2" bü gün həmin klublara qarşı mübarizə aparmaq üçün tam olaraq hazırdır". 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər