“Turan Tovuz” görmə zəifliyindən əziyyət çəkən 4 yaşlı Əsgərova Fatimənin müayinə və müalicəsinə dəstək olub.
Fanat.az xəbər verir ki, onun Bakı şəhərində müalicəsi üçün tələb olunan vəsait ailəsinə təqdim olunub. Klub bundan sonrakı müalicə prosesində də maddi və mənəvi dəstəyini əsirgəməyəcək.
"Turan Tovuz" kollektivi Fatimə balaya şəfa diləyir və qısa zamanda öz sağlığına qovuşmasını arzu edir.
