"Turan Tovuz"dan mövsümlük biletlər

"Turan Tovuz"dan mövsümlük biletlər

Futbolun İnkişaf Fondu və “Turan Tovuz” futbol klubu 2022/2023 "futbol ili" üçün limitli sayda mövsümlük biletləri təqdim edib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, satışa 500 ədəd çıxarılacaq biletin birinin qiyməti 59 manatdır.

Mövsümlük bilet alanlar stadionun ən yaxşı yerlərinin birindən Tovuz təmsilçisinin bütün ev oyunlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləyə biləcəklər və onlara klubun atributları təqdim olunacaq.

Klubun mətbuat katibi Süleyman Tağıyev komandaya dəstək olmaq üçün azarkeşlərə çağırış edib:

“9 illik Premyer Liqa həsrətimiz sona çatır. Klub olaraq azarkeşlərimizin bunu necə həsrətlə gözlədiyini yaxşı bilirik. Məlumdur ki, azarkeşlərimiz daim bizim yanımızda olublar, pis gündə də yaxşı gündə də həm maddi, həm də mənəvi dəstəklərini əsirgəməyiblər. İndiki halda komandaya mənəvi dəstəklə yanaşı maddi dəstək də lazımdır. İlk layihə olan mövsümü bilet satışına start veririk. 59 AZN təşkil edən mövsümi bilet əldə edənlərə xüsusi hədiyyələr də təqdim olunacaq. Bütün azarkeşlərimizi bu kampaniyada fəal iştirak etməyə çağırıram. Komandamıza dəstək olaq,  yeni tarixi birlikdə yazaq”.

Biletləri əldə etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək və ya +994 51 233 56 55 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

//bit.ly/3cDsPl2

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər