"Turan Tovuz"da 75 minlik futbolçu - RƏSMİ

"Turan Tovuz"da 75 minlik futbolçu - RƏSMİ

Azərbaycan Premyer Liqasının iştirakçısı “Turan Tovuz” növbəti transferini reallaşdırıb.

Fanat.Az xəbər verir ki, Burkina Fasodan olan Ben Aziz Dao heyətə qatılıb.

23 yaşlı müdafiəçi ilə bir illik müqavilə bağlanıb. O, ölkəsində “Salitas”, “Santos”, “Duan”, Qanada “Akkra Layons”, Belarusda “Slutsk” və “Smorqon” komandalarında çıxış edib.

O, Burkina Fasonun 20 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyub. "Transermarkt" "Turan Tovuz"un yeni transferinin qiymətini 75 min avro göstərib.

"Turan Tovuz"da 75 minlik futbolçu - RƏSMİ

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər