"Turan Tovuz" yeni hücumçu aldı

"Turan Tovuz" yeni hücumçu aldı

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi kamerunlu hücumçu Runi Evanı transfer edib.

26 yaşlı forvardla 1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, karyerasına vətənində "Apeje"də başlayan Eva Yunanıstanda "Veria", “Asteras”, “Trikala”, Əlcəzairdə “Algier”, “Əyn Emlila” klublarında forma geyinib. O, son olaraq Yunanıstan təmsilçisi “Apollon”un (Pontu) şərəfini qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər