"Turan Tovuz" və "Zaqatala" uduzdu

"Turan Tovuz" və "Zaqatala" uduzdu

Bu gün I Divizionda V tur çərçivəsində üç oyun keçirilib.

Fanat.Az xəbər verir ki, bütün görüşlərdə meydan sahibləri 2 qol vursa da, bu, yalnız MOİK-ə "Zaqatala" ilə görüşdə 3 xal qazanmağa kifayət edib.

Məhsuldar alınan gündə "Zirə-2" evdə "Sabah-2"yə, "Turan-2" isə "Qaradağ Lökbatan"a uduzub.

20 oktyabr (çərşənbə)

“Zirə-2” – “Sabah-2” 2:3 Qollar: Samir Ağayev, 45+1, Zahid Mərdanov, 57-p. - Kamran Quliyev, 7, Xəyal Muradov, 71, Ceyhun Nuriyev, 77.

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov, Cavid Cəlilov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Aslan Şahgəldiyev “ASK Arena”, 14:00

MOİK – “Zaqatala” 2:0 Qollar: İlham Allahverdiyev, 1, Elvin Nəsibov, 73.

Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Ruslan Quliyev, Səbuhi Bayramov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Erkin Hüseynov Binə qəsəbə stadionu, 14:00

“Turan Tovuz” - “Qaradağ Lökbatan” 2:4 Qollar: Fərmayıl Əliyev, 41, Akif Tağıyev, 62-p - Sabir Allahquliyev, 6-p, 30-p, 35, Ceyhun Muxtarlı, 79.

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Kərim Zeynalov, Emin Əliyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Bəhram Qurbanov Tovuz şəhər stadionu, 14:30

Əlavə edək ki, turun 2 oyunu dünən baş tutub: “Neftçi-2” – “Sumqayıt-2” 5:0 (Ramin Nəsibli, 41, Xəqani Sadıqov, 48, 57, Əli Sadıxov, 52, Fərid İsgəndərov, 83), “Keşlə-2” – “Qarabağ-2” 1:2 (Əbdülkərim Ağamalıyev, 3 - Mehdi Tahirov, 45+3, Nihad Quliyev, 53-p).

Qeyd edək ki, turun bir oyunu - "Səbail-2" - "Qəbələ-2" matçı noyabrın 11-nə təxirə salınıb.   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər