"Turan Tovuz" turnir keçirdi

"Turan Tovuz" turnir keçirdi

Bu gün Tovuz şəhər stadionunda "Turan Tovuz"un təşkilatçılığı ilə 12-13 yaşlı futbolçular arasında şəhid zabit Orxan Hümmətovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.

Fanat.Az xəbər verir ki, 4 komandanın mübarizə apardığı yarışda "Dəmir Yumruq" qalib adını qazanıb. 

Mükafatlandırma mərasimində şəhidimizin atası Bayram Hümmətov da iştirak edib. Bütün iştirakçılara Fəxri Fərmanlar təqdim edilib. Bayram Hümmətov da öz növbəsində şəhidimizə həsr olunmuş  "Qızılqaya qartalı" kitabını təşkilatçı kluba hədiyyə edib. 

Qeyd edək ki, şəhidlərimizin xatirəsinə həsr olunan turnirlər mütəmadi olaraq keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər