"Turan Tovuz" "Qarabağ"la oyuna 3 itki ilə çıxacaq

"Turan Tovuz" "Qarabağ"la oyuna 3 itki ilə çıxacaq

Misli Premyer Liqasının 10-cu turu çərçivəsində sabah "Qarabağ"ı qəbul edəcək "Turan Tovuz" oyuna 3 itki ilə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında Tovuz təmsilçisinin sözçüsü Süleyman Tağıyev deyib:

"Hazırda cəzalı oyunçumuz yoxdur. Ancaq üç futbolçumuz zədə səbəbindən "Qarabağ"a qarşı oynaya bilməyəcək. Bunlar Piruzi Marakvelidze, Şəhriyar Əliyev və Emmanuel Hakmandır".

Qeyd edək ki, "Turan Tovuz" - "Qarabağ" qarşılaşması 18:30-da başlayacaq. 19 xalı olan Ağdam təmsilçisi çempionatın turnir cədvəlində 2-ci pillədə mövqe tutubsa, "boz qurdlar" (11 xal) 6-cı yerdə qərarlaşıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər