Ayxan Abbasovun rəhbərliyi altında 2022/2023 mövsümünün hazırlıqlarını davam etdirən “Turan Tovuz” təlim-məşq toplanışının növbəti mərhələsi üçün Gürcüstana yollanacaq.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
Bu gün Tbilisiyə yola düşəcək Qərb təmsilçisi "Zedazeni” otelində məşkunlaşacaq.
İyulun 30-a dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi haqda məlumat veriləcək.