"Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyul ayının 5-dən etibarən seçimlərə start veriləcək.
Tovuz şəhər stadionunda keçiriləcək seçimlərdə 9-16 yaş arası futbolçular iştirak edə bilər. Yaş üzrə qrafiklər aşağıdakı kimidir:
5-9 iyul, saat 10:00-dan - 9-12 yaş
10-14 iyul, saat 10:00-dan – 13-16 yaş
Ətraflı məlumat: 055-255-44-32, 050-623-01-87 (Saat 10-00-dan)
Fanat.Az