"Turan Tovuz" derbinin qalibi oldu - YENİLƏNDİ

"Turan Tovuz" derbinin qalibi oldu - YENİLƏNDİ

Bu gün Misli Premyer Liqasında 6-cı tur start götürüb.

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə 1 matç keçirilib.

Açılış oyunu Tovuzda baş tutub. Qərb derbisi çərçivəsində "Turan Tovuz" "Kəpəz"i qəbul edib. Oyun Ayxan Abbasovun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun qalan oyunları sentyabrın 10-da (“Qəbələ” – “Neftçi”, "Səbail" - "Zirə") və 11-də (“Sumqayıt” – “Şamaxı”, "Qarabağ" - "Sabah") keçiriləcək.  

Misli Premyer Liqası

VI tur

9 sentyabr 

16:30. “Turan Tovuz” – “Kəpəz” 2:0  Qollar: Runi Eva, 39, 77(pen.).

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov Baş məşqçi: Ayxan Abbasov

“Kəpəz”: 12. Kamran İbrahimov, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 27. Samir Məhərrəmli, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 72. Zahid Mərdanov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 29. Rinat Quseinov, 78. Yeqor Xvalko, 24. Mixeil Erqemlidze, 19. Abdullahi Şuaybu Baş məşqçi: Tərlan Əhmədov  Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Eyyub İbrahimov, Rövşən Rəcəbov VAR hakimləri: Elçin Məsiyev, Vüsal Məmmədov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Elgiz Abbasov Tovuz şəhər stadionu

"Turan Tovuz" derbinin qalibi oldu - YENİLƏNDİ

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər