Kaxaber Tsxadadze "Qarabağ"la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi ikinci yarıda yaxşı oynadıqlarını deyib:
"Çox maraqlı oyunun şahidi olduq. Birinci hissədə sürətli oyun izlədik. Biz "Qarabağ"ın oyuna belə aqressiv başlayacağını gözləmirdik. Amma ikinci hissədə biz daha yaxşı oyun sərgilədik. Keyfiyyət daha yüksək olsaydı, qələbə qazana bilərdik. Bütün bunlara rəğmən, oyunçularımı təbrik edirəm. “Neftçi” ilə ağır matçdan sonra bu gün futbolçularım yaxşı oyun göstərdilər. İndi biz gələcək oyunlara lazımınca hazırlaşmalıyıq".
Fanat.az