Tsxadadze "Qarabağ"dan dərs götürüb

Tsxadadze "Qarabağ"dan dərs götürüb
"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze "Bakı" ilə oyunla (7:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi darmadağını dəyərləndirib:
"Oyun bizim üçün yaxşı keçdi. Mən bütün futbolçularıma mükəmməl oyuna görə təşəkkür edirəm. Bu oyuna psixoloji cəhətdən köklənməyimiz vacib idi. Bilirsiniz ki, “Qarabağ” qrup mərhələsinə düşdükdən sonra məhz “Bakı” ilə oyunda xal itirmişdi. Biz 3 qol vurduqdan sonra ötürmələrdə müəyyən səhvlər etdik. Amma bir müddət sonra hər şey yenidən qaydasına düşdü. Oyundan sonra futbolçulara dedim ki, bu hesabı unudun. Çünki, bizi qarşıda AZAL ilə çox çətin oyun gözləyir". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər