Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Football London" nəşri: "Tottenhem"in müdafiəçisi Co Rondon ona meydanda verilən vaxtın azlığından narazıdır. Bu səbəbdən futbolçu yanvarda icarəyə getmək istəyir. "Brayton" klubu Conu heyətinə qatmaq niyyətindədir.
"Calciomercato" nəşri: Aaron Remzinin "Yuventus"dakı gələcəyi sual altındadır. Turin klubu hələ bu ilin yanvarda uelsli yarımmüdafiəçi üçün alıcı axtarırdı. Lakin onun xidmətində maraqlı olan "Vulverhempton" və "Kristal Pelas" sabiq "Arsenal"lını Premyer Liqaya qaytarmaq fürsətini əldən vermişdilər.
"90 min" portalı: "Flamenqo"nun hücumçusu Qabriel Barbosa (Qabiqol) Avropaya qayıtmağı planlaşdırır. İddiaçılar arasında İngiltərənin “Arsenal” və “Nyukasl” klubları var.
Patrik Berger (Sport1): Ferran Torres və "Barselona" arasında uzunmüddətli müqavilə haqqında razılıq əldə olunub. "MARCA" tərəfindən 2021-ci ildə İspaniya millisinin ən yaxşı oyunçusu seçilən Torres qışda "Mançester Siti"dən ayrılacaq. Baş məşqçi Pep Qvardiola futbolçunu buraxmağa hazırdır. Klublar arasında danışıqlar gedir.
"The Times" nəşri: Ralf Ranqnik "Laypsiq"dən Amadu Haydaranı "Mançester Yunayted"də görmək istəyir. Futbolçunun transfer dəyəri 33 milyon funt sterlinq olaraq qiymətləndirilir.
"Futbol Insider" idman xəbəri portalı: "Vest Hem" "Liverpul"un müdafiəçisi Nataniel Fillipsi transfer etməyə hazırdır. Müdafiəni gücləndirmək niyyətində olan "cəkiclər" Phillipsə əsas heyətdə yer verməyə hazırdır.
"Millie Gazete" nəşri: "Arsenal" yanvarda Məhəmməd el-Nani ilə müqaviləni ləğv etməyə icazə verməyəcək. 29 yaşlı futbolçu Türkiyə klubları və Misir təmsilçisi "Əl-Əhli" ilə danışıqlar aparır.
"Fichajes" nəşri: Meksika millisinin və "Napoli"nin futbolçusu İrvinq Lozano "Real Madrid"in hədəfindədir. Klub rəhbərliyi onu bu yay klubu tərk edəcək Qaret Beylin mövqeyinə almağı planlaşdırır.
"Calciomercato" nəşri: "Milan" "Torino"nun müdafiəçisi Qleyson Bremerlə maraqlanır. “İnter” bu futbolçu uğrunda "Milan"la rəqabət apara bilər. "Milan"ın isə alternativləri var. Bunlar Antonio Rüdiqer (Çelsi) və Loyk Baddır (Renn).
"Calciomercato" nəşri: "Fiorentina" "Lill"un futbolçusu Conatan İkone ilə şifahi razılığa gəlib. Bu mövsüm o, 20 oyun keçirib və 2 qol vurub.
"El Nacional" nəşri: "Roma"nın baş məşqçisi Joze Mourinyu Memfis Depayla yenidən çalışmaq istəyir. Depay yayda Barselonaya köçsə də, Kataloniya klubu borclarını ödəməyə çalışdığı üçün gələn il onu sata bilər. "Roma" futbolçu üçün təxminən 40 milyon avro ödəməli olacaq. Xatırladaq ki, daha əvvəl Depayın "Barselona"nı tərk edəcəyi xəbər vermişdik.
Emin Şəmsiyev