Transfer şayiələri: "Real Madrid" müdafiəni gücləndirir

Transfer şayiələri: "Real Madrid" müdafiəni gücləndirir

Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.

Gianluca Di Marzio: Jonathan Ikone "Florensiya"ya gəlir. O, bu gün tibbi müayinədən keçəcək. Futbolçunun transfer məbləği 14 milyon avro + 1 milyon avro təşkil edir.

"Foot Mercato" nəşri: "Everton"un futbolçusu Luka Din "Napoli"nin hədəfindədir. 28 yaşlı futbolçu yanvarda "transfer pəncərəsi" dönəmində "Everton"dan ayrılmaq niyyətindədir. Bununla belə, heyəti gücləndirmək üçün italyanlar onunla Kurzava arasında seçim etməli olacaqlar.

"Calciomercato" nəşri: Davide Frattezi uğrunda "İnter", "Milan", "Yuventus" və "Roma" klubları yarışacaq. "Sassuolo"nun 22 yaşlı futbolçusu A Seriyasında mövsümün ilk yarısında bir çox klubu çıxışı ilə heyran edib.

"The Telegraph" nəşri: "Nyukasl" qış "transfer pəncərəsi"ndə Co Rodonu icarəyə götürmək istəyir. Uelsli futbolçu "Tottenhem"in əsas heyətə düşə bilmədiyi üçün başqa komandada təcrübə toplamaq niyyətindədir.

"Todofichajes" nəşri: "Vest Hem" və "Barselona"  Adnan Yanuzay uğrunda mübarizə aparacaq.

"The Telegraph" nəşri: "Uotford" Sead Kolaşinatsı transfer etmək istəyir.

"Daily Star" nəşri: "Everton" "Reyncers"in sağ cinah müdafiəçisi Natan Pattersonu heyətinə qatmağa çalışacaq.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta: Hər gün deyirəm ki, Nketiyanı komandada saxlamaq istəyirik. Onun necə məşq etdiyini görürük. Çox çalışır və hər məşqdə qol vurur. Mən onun bizim komandamızda olmasından məmnunam. Hər dəfə ona ehtiyacımız olanda Nketia özünü büruzə verir.

"Daily Mail" nəşri: “Real Madrid” Co Qomesi heyətinə qatacaq. İspaniya nəhənginin heyətində əlavə mərkəz müdafiəçisinə ehtiyacı var və "Liverpul"un oyunçusu maraqlı seçim kimi görünür.

Fabrizio Romano: "Real Sosyedad" Rafinyanı PSJ-dən almaq üçün danışıqlar aparır. İspaniya klubu onu mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər