Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"El Nacional" nəşri: Adı "Çelsi" və "Mançester Yunayted"ə keçiddə hallanan "Sevilya"nın fransız futbolçusu Jül Kündeyə (Jules Kounde) daha bir "elçi" çıxıb. Siyahıya "Barselona"nın da əlavə olunub. 22 yaşlı futbolçunun ötən ay "Çelsi"yə keçidi baş tutmamışdı.
"TMW" telekanalı: "İnter" Dani Sebalyosla maraqlanır. Futbolçu "Real Betis"ə qayıtmağı düşünsə də, karyerasını İtaliyada davam etdirə bilər.
"Le Razon" nəşri: "Atletiko Madrid" "Arsenal"ın hücumçusu Aleksandr Lakazettı heyətinə qatmaqda maraqlıdır. İspaniya klubu keçən yay bu imkanı əldən vermişdi. Lakazett gələn yay azad agent olacaq.
"Arsenal" hələ futbolçuya yeni müqavilə təklif etməyib. Lakazetti İspaniyaya köçməyə hazırdır və "Atletiko Madrid" onun marağını rəsmiləşdirmək niyyətindədir.
"Gazetta dello Sport" nəşri: Joze Mourinyu "Real Madrid"in yarımmüdafiəçisi Lukas Vaskesi “Roma”da görmək istəyir. "Kral klubu" futbolçunu yanvarda satmağa hazırdır.
"El Nacional" nəşri: "Real Madrid" gələn yay Erlinq Hollandı alacağı təqdirdə Kərim Benzema klubunu dəyişəcək. Ona "Nyukasl"dan təklifi var, lakin İngiltərə klubuna keçmək istəmir. Benzema PSJ ilə danışıqlara açıqdır.
Emin Şəmsiyev