Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Nikolo Skira: "Toronto" Domeniko Krişitoyaya 2 illik müqavilə təklif edib. Ancaq italiyalı müdafiəçi təklifi rədd edib. Belə ki, o, "Cenoa"da qalmaq istəyir.
"Calciomercato" nəşri: “İnter” “Cenoa”nın futbolçusu Felipe Kaysedoya Aleksis Sançesin əvəzedicisi kimi baxır. Sançesin ətrafı və klub özü futbolçuya yanvarda “İnter”dən getməyi məsləhət görür.
"Marca" nəşri: "Real Madrid" "Lill"in hücumçusu Conatan Devidi hədəfə alıb. Futbolçunun agenti bu yaxınlarda "Lill"dən ayrılacağını və özünü İngiltərə və ya İspaniyada sınamaq istədiyini açıqlayıb. David hazırda 12 qolla Fransa çempionatının bombardirirdir.
Jerar Romero: "Bayern Münhen" "Barselona"nın və ABŞ millisinin müdafiəçisi Serjinyo Destin namizədliyini nəzərdən keçirir. Münhen təmsilçisi hələlik futbolçu almaq və ya icarəyə vermək barədə qərar verməyib.
Jerar Romero: "Barselona" Matteys de Liqti transfer edə bilər. Bununla belə, hollandiyalı futbolçunun maaşını ödəyə bilmək üçün Koutinyo və Yumtitinin maaşlarını azaltmaq və ya futbolçularla vidalaşmaq lazımdır.
"Respublika" nəşri: "Cenoa" Aleksey Mirançukun transferi ilə bağlı "Atalanta" ilə danışıqlara başlayıb. "Atalanta" 12 milyon avro + 3 milyon avro bonus istəyir.
"La Nazione" nəşri: "Kristal Pelas" Borxa Mayoral üçün "Real Madrid"ə 15 milyon avro təklif edib. Futbolçu hazırda "Roma"da icarə əsasında çıxış edir.
Sem Li “The Atletic” nəşri: “Mançester Siti” Koul Palmeri “Nyukasl”a icarəyə verməkdən imtina etdi. Pep Qvardiola onu planlarının bir hissəsi kimi görür və “Mançester Siti”nin Torresi satmasının əsas səbəblərindən biri Palmerin gələcək illərdə kluba xeyir verəcəyinə inanmasıdır.
Emin Şəmsiyev