Transfer şayiələri: "Mançester Siti" yeni "vunderkind" tapıb

Transfer şayiələri: "Mançester Siti" yeni "vunderkind" tapıb

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır. 

"Calciomercato" nəşri: "Valensiya" və "Betis" Aleksis Sançes (Alexis Sanchez)uğrunda mübarizə aparacaq.

* Futbolçunun "İnter"lə müqaviləsi 2022-cü ildə başa çatır və digər kluba pulsuz getməyi planlaşdırmaması üçün ən qısa zamanda satılması lazımdır.

* "Bayern Münhen" PSV-nin hücumçusu Kodi Qapko (Cody Gakpo) ilə maraqlanır.

* "Yuventus" və "İnter" "Bayern Münhen"in futboolçusu Niklas Züle ilə yaxından maraqlanır.

"The Daily Mail" nəşri: "Mançester Siti" "Espanyol"un "vunderkind"i Mateo Xosep uğrunda mübarizəyə qoşulub. 19 yaşlı futbolçunun təzminatı 1,2 milyon funt təşkil edir.

"Mundo Deportivo" nəşri: "Milan" "Barselona"nın yarımmüdafiəçisi Aleks Kolladonu (Alex Collado) qış "transfer pəncərəsi"ndə almaq istəyir.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər