Transfer şayiələri: Ançelotti "Real Madrid"in "mərkəz"ini dəyişir

Transfer şayiələri: Ançelotti "Real Madrid"in "mərkəz"ini dəyişir

Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.

"La Gazzetta dello Sport" nəşri: "Lill"in müdafiəçisi Sven Botman "Roma"nın maraq dairəsinə düşüb. Fransızlar futbolçu üçün 30 milyon avro istəyir. 

“Roma” “Feyenord”dan Markos Senesi və “Qalatasaray”dan Markaonu da heyətinə cəlb etməyi düşünür.

"Norviç" klubunun rəsmi "Twitter" səhifəsi: Din Smit "Norviç"in yeni baş məşqçisidir. Onunla 2,5 illik müqavilə imzalanıb. Baş məşqçinin köməkçisi Kreyq Şekspir təyin edilib.

"Calciomercato" nəşri: "Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo "Nyukasl"ın maraq dairəsinə düşüb. Fransız futbolçu 15 milyon avroya təklif olunur. "Nyukasl" bu məbləğlə razıdır.

"Marca" nəşri: "Çelsi" "Napoli"nin futbolçusu Lorenso İnsinyeni azad agent olaraq heyətinə cəlb etməyi planlaşdırır. 30 yaşlı hücumçunun "Napoli" ilə hazırkı müqaviləsi gələn ilin yayında başa çatır və ona sözləşmə müddətinin uzadılması təklif olunub.

"Tuttosport" nəşri: "İnter" "Atalanta"nın futbolçusu Robin Qozensi İvan Perişiçin potensial əvəzedici kimi heyətinə cəlb etmək istəyir. Perişiçin "İnter"lə hazırkı müqaviləsi 2022-ci ilin iyununda başa çatır. 

"SPORT" portalı: "Barselona" "Çelsi"nin futbolçusu Kristian Pulişiçi hədəfinə çevirib. Qış "transfer pəncərəsi" açılanda Kataloniya klubu amerikalı yarımmüdafiəçini icarəyə götürməyə çalışacaq. Bu fikir "Barselona"nın hazırki baş məşqçisi Xaviyə məxsusdur.

"Mundo Deportivo" nəşri: "Lester Siti"nin yarımmüdafiəçisi Uilfrid Ndidi "Real Madrid"in maraq dairəsindədir. Klubun baş məşqçisi Karlo Ançelotti komandanın mərkəz yarımmüdafiəsindəki seçimləri genişləndirmək niyyətində olduğu üçün "Real Madrid" gələn il nigeriyalı futbolçunu almağa çalışacaq. Bununla belə, Ndidinin hələ "Lester"lə 2024-cü ilin yayına qədər müqaviləsi var və futbolçu 60 milyon avrodan aşağı qiymətə satılmayacaq.

"Corriere dello Sport" nəşri: "Yuventus" Alessio Romanyoli ilə maraqlanır. 26 yaşlı futbolçunun "Milan"la hazırkı müqaviləsi 2022-ci ilin iyununda başa çatır və hələ ki, onun uzadılması təklif edilməyib. "Yuventus" Alessionu azad agent olaraq almağa çalışacaq, lakin onun "Milan"ın əsas rəqiblərindən birinin heyətinə qatılıb-qatılmayacağı hələ məlum deyil.

"The Mirror" nəşri: "Liverpul" və "Mançester Siti" hazırda "Vulverhempton"da icarə əsasında çıxış edən "RB Laypsiq"in futbolçusu Hvanq He Çanı hədəfləyib. 25 yaşlı futbolçu Premyer Liqada ilk səkkiz oyununda 4 qol vurub. "Vulverhempton" koreyalı futbolçunu yanvarda almaq istəyir. Bununla belə, "Liverpul" və ya "Mançester Siti"dən təklif gəlsə, "canavarlar" Hvanı saxlamaqda çətinlik çəkəcək.

"AS" nəşri: "Real Madrid" və PSJ "Milan"dan ayrılacaq futbolçu Frank Kessieni heyətlərinə qatmaq istəyir. "Milan" yarımmüdafiəçinin mövsümün sonunda müqaviləsi bitdikdən sonra azad agent kimi klubdan ayrılması ilə razılaşıb.

"MARCA" nəşri: "Real Madrid" "Monako"nun yarımmüdafiəçisi Orelyen Çuamenini heyətinə qatmaq üçün "Çelsi" ilə rəqabətə girməyə hazırdır. 21 yaşlı futbolçu Liqa 1-də göstərdiyi yüksək performansdan sonra Avropanın ən çox tələb olunan gənc istedadlarından birinə çevrilib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər