"Tottenhem"in yetirməsi "Turan Tovuz"da - RƏSMİ

"Tottenhem"in yetirməsi "Turan Tovuz"da - RƏSMİ

Transfer çalışmalarında fəallıq göstərən "Turan Tovuz" növbəti transferini reallaşdırıb.

Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qərb təmsilçisi 26 yaşlı hücumçu Natan Oduvanı heyətinə qatıb.

Nigeriya əsilli ingiltərəli futbolçu ilə 1 illik müqavilə bağlanıb.

"Tottenhem"in yetirməsi "Turan Tovuz"da - RƏSMİ

Son olaraq “Şamaxı”da çıxış edən futbolçu “Tottenhem”in yetirməsidir.

O, karyerası ərzində “Luton” (İngiltərə), “Kolçester” (İngiltərə), “Piterboro” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Olimpiya” (Sloveniya), “Hapoel” (İsrail), “Dandolk” (Şimali İrlandiya) və “Veyle” (Danimarka) komandalarının da şərəfini qoruyub.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər