"Mançester Siti" rəhbərliyi "Tottenhem"in futbolçusu Harri Keyn üçün bu günlərdə qarşı tərəfə növbəti dəfə təklif göndərib.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, Mançester klubunun idarəçiləri forvarda görə 150 milyon avro ödəməyə hazır olduqlarını bildirib.
Mənbə "Tottenhem"in prezidentinin Daniel Levinin təklifi böyük ehtimalla, qəbul etməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Keyn ötən mövsüm Premyer Liqada 35 matça çıxıb. İngiltərə millisinin üzvü bu görüşlərdə 23 qol və 14 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.