Torreslə Mişel "Qarabağ"a qarşı oynamayacaq

Torreslə Mişel "Qarabağ"a qarşı oynamayacaq

"Rəvan" "Qarabağ"la oyuna tam heyətlə çıxmayacaq. Fanat.az xəbər verir ki, baş məşqçi turnir cədvəlinin lideri ilə oyunda 4 futbolçunun xidmətindən yararlana bilməyəcək.

Belə ki, bir müddətdi zədəli olan Tofiq Mikayılov və Elvin Həsənəliyevlə yanaşı, Kristian Torres də oynamayacaq. Argentinalı futbolçunun "Qarabağ" matçınadək tam hazır olacağı deyilsə də, bu baş verməyəcək. Eyni zamanda, vərəqə limitini dolduran yarımmüdafiəçi Balokoq Mişel də matçı buraxacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər