Premyer Liqanın XXII turunda "Qarabağ" "Rəvan"ın qonağı olacaq. Fanat.az xəbər verir ki, bu tərəflər arasında 7-ci qarşılaşma olacaq.
"Qarabağ" indiyədək bu rəqibə uduzmayıb. Belə ki, 6 matçdan 2-də ağdamlılar qalib gəlibsə, 4 oyun sülhlə başa çatıbö "Qarabağ"ın 7 topuna "Rəvan" 4 ləfə cavab verib.
“Qarabağ” son iki ev oyununda da bakılıları məğlub edə bilməyib. Həmçinin cari mövsümdə baş tutan hər iki oyun sülhlə başa çatıb.
"Qarabağ" 2013-cü ilin ilk oyununda "Xəzər Lənkəran"a uduzsa da (0:1), ardınca "Qəbələ" (1:0) və AZAL-a qalib gəlib (2:1). "Rəvan" isə "Bakı" (1:5) və "İnter" (1:2) məğlubiyyətlərindən sonra XXI turda "Sumqayıt"la sülh bağlayıb (1:1).
16.10.2011 Rəvan (Bakı) - Qarabağ (Ağdam) 1:1
16.12.2011 Qarabağ (Ağdam) - Rəvan (Bakı) 2:0
24.08.2012 Qarabağ (Ağdam) - Rəvan (Bakı) 0:0
22.02.2013 Rəvan (Bakı) - Qarabağ (Ağdam) 2:3
13.09.2013 Rəvan (Bakı) - Qarabağ (Ağdam) 1:1
24.11.2013 Qarabağ (Ağdam) - Rəvan (Bakı) 0:0
Fanat.az