Tanrı sizi sevindirsin, "Qarabağ"lılar!

Tanrı sizi sevindirsin, "Qarabağ"lılar!
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilir. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" evdə meydana çıxıb.
Təmsilçimiz Avstriyanın "Zalsburq" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda hesab 2-ci dəqiqədə açılıb. Leroy Corcun ötürməsini Danilo Dias qola çevirib. 34-cü dəqiqədə "Salzburq" azlıqda qalıb. Reynaldoya qarşı kobud oynayan Kristian Şvegler meydandan qovulub. Cəmi 8 dəqiqə sonra "Qarabağ" say üstünlüyü əldən verib. Belə ki, Admir Teli topa tullanaraq, lüzumsuz yerə əllə oynayıb və qırmızı vərəqə alıb. 77-ci dəqiqədə "Zalsburq" bərabərlik qolunu vurub. Kristof Leytgeb topu ustalıqla saxlayaraq, cərimə meydançası xətti üzərindən tora göndərib. 86-cı dəqiqədə İlqar Qurbanovun cinah ötürməsindən sonra Reynaldo rəqib qapıçı ilə təkbətək çıxıb və qələbə qolunu vurub. Braziliyalı 2 dəqiqə sonra Martin Hintereggerə qarşı kobudluğa görə qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın "Valletta" klubunu sıradan çıxarıb. Səfərdə 1:0 hesablı qələbə qazanan təmsilçimiz evdə darmadağına sevinib - 4:0.
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun
30 iyul
Qarabağ (Azərbaycan) - Zalsburq (Avstriya) 2:1
Qollar: Danilo Dias, 2. Reynaldo, 86 - Kristof Leytqeb, 77.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (18. İlqar Qurbanov, 46), 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 11. Danilo Dias (7. Namiq Yusifov, 70), 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc (14. Raşad Sadıqov, 57), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 10. Muarem Muarem, 17. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.
Zalsburq: 31. Peter Qulaşi, 5. Andre Ramalyo, 6. Kristian Şvegler, 7. Marsel Sabitzer (77. Bruno, 61), 8. Nabi Keyta (4. Peter Ankersen, 38), 10. Sadio Mane, 17. Andreas Ulmer, 24. Kristof Leytqeb (42. Nils Quaşner, 90), 26. Conatan Soriano (k), 36. Martin Hinteregger, 44. Kevin Kampl.
Ehtiyat oyunçular: 33. Aleksander Valke, 15. Frans Şkiemer, 29. Rodney, 37. Valentino Lazaro. 
Baş məşqçi: Adolf Hütter.
Sarı vərəqələr: Riçard Almeyda, 32. Admir Teli, 40. Qara Qarayev, 43. Bədavi Hüseynov, 55 - Kristof Leytqeb, 31. Martin Hinteregger, 59. Kevin Kampl, 90+2.
Qırmızı vərəqələr: Admir Teli, 42. Reynaldo Silva, 88 - Kristian Şvegler, 34.
Hakimlər: Sergey Boyko, Aleksandr Voytyuk, Oleq Plujnik, Anatoli Abdula (Ukrayna).
UEFA nümayəndəsi: Kuaniş Kanapyanov (Qazaxıstan).
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
MATÇDAN DƏQİQƏLƏR
I hissə
1 - Oyun başladı
2 - QOOOL!!! Leroy Corcun ötürməsini Danilo Dias qola çevirdi.
8 - "Salzburq" təhlükəli nöqtədən cərimə zərbəsi vurdu, amma zərbə dəqiq olmadı.
13 - Çoxgedişli kombinasiya az qala qolla nəticələnəcəkdi. Amma Reynaldo ilə Dias son anda bir-birini başa düşmür.
15 - Leroy Corc cinahda rəqib futbolçunu ustalıqla keçərək, cərimə meydançasına təhlükəli ötürmə etsə də, Reynaldo topa çata bilmədi.
16 - Nabi Keytanın uzaqdan zərbəsindən sonra top qapının yanından keçdi.
27 - Admir Teli inamlı oynayaraq, Conatan Sorianonun fərqlənməsinə imkan vermədi.
29 - Reynaldo rəqib qapıçı ilə təkbətən qalsa da, fərqlənə bilmədi.
31 - Kristof Leytqeb sarı vərəqə aldı.
32 - Riçard Almeyda sarı vərəqə aldı.
34 - "Zalsburq" azlıqda qaldı. Reynaldoya qarşı kobud oynayan Kristian Şvegler meydandan qovuldu.
36 - Çumbinyonun yerinə yetirdiyi cərimə zərbəsini Peter Qulaşi çətinliklə dəf etdi.
38 - "Zalsburq"un heyətində erkən əvəzləmə: Nabi Keytanın əvəzinə Peter Ankersen meydana daxil oldu.
40 - Admir Teli sarı vərəqə aldı.
41 - "Qarabağ" 10 nəfərlə qaldı. Admir Teli topa tullanaraq, lüzumsuz yerə əllə oynayıb və qırmızı vərəqə aldı.
43 - İbrahim Şehiç möhtəşəm qurtarışla ilə yadda qaldı.
43 - Qara Qarayev sarı vərəqə ilə cəzalandı. 
H/T: İlk yarı bitdi.
II hissə
46 - İkinci yarı başladı
46 - Qara Qarayevi İlqar Qurbanov əvəzlədi.
47 - Ibrahim Şehiç möhtəşəm qurtarışla ilə yadda qaldı.
50 - Conatan Sorianonun zərbəsindən sonra top qapı tirinə dəydi.
53 - İbrahim Şehiç bu dəfə Sadio Manenin zərbəsini dəf etdi.
50 - Cumbinyonun cərimə zərbəsindən endirdiyi zərbəni qapıçı asanlıqla dəf etdi
52 - İbrahim Şehiç yenə "Qarabağ"ı real qoldan xilas etdi.
55 - Rəqib təhlükəli nöqtədən cərimə zərbəsi vurdu, amma onların bu ev tapşırıqı bir nəticə vermədi. Bədavi Hüseynov Conatan Sorianoya qarşı kobudluğa görə sarı vərəqə aldı. 
57 - Rəşad Sadıqov bu mövsüm Çempionlar Liqasında debüt etdi. O, Leroy Corcun əvəzinə meydana daxil oldu.
58 - Reynaldo qarşı cərimə meydançasına daxil olarkən Martin Hinteregger ona qarşı sərt oynadı və sarı vərəqə aldı. 
63 - İbrahim Şehiç yenə möhtəşəm qurtarışla yadda qaldı. 
68 - Yenə İbrahim Şehiç... O, bu dəfə Sadio Manenin uzaqdan zərbəsini dəf etdi.
70 - Namiq Yusifov Danilo Diası əvəzlədi.
76 - İbrahim Şehiçdən daha bir möhtəşəm qurtarış. Bu dəfə qapıçı Conatan Sorianonun cərimə zərbəsindən endirdiyi topu dəf etdi.
77 - Marsel Sabitzeri Bruno əvəzlədi.
79 - "Zalsburq" bərabərlik qolunu vurdu. Kristof Leytgeb topu ustalıqla saxlayaraq, cərimə meydançası xətti üzərindən tora göndərdi.
86 - QOOOL!!! İlqar Qurbanovun cinah ötürməsindən sonra Reynaldo rəqib qapıçı ilə təkbətək çıxıb və qələbə qolunu vurdu.
88 - Reynaldo Martin Hintereggerə qarşı kobudluğa görə qırmızı vərəqə alaraq meydandan qovuldu.
90 - Kristof Leytqeb meydandan çıxdı. Onu Nils Quaşner əvəzlədi.
90+2 - Kevin Kampl kobud oyuna görə sarı vərəqə aldı.
F/T: Matç bitdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər