Tahir Gözəl: "Mən "Qarabağ"a inanıram"

Tahir Gözəl: "Mən "Qarabağ"a inanıram"
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl "Rudar"la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, klub rəsmisi jurnalistlərə açıqlamasında bunları deyib: 
"Komandamıza inanıram. Oyundan sonra uşaqları ruhlandırmağa çalışdım. Gəlin onlara inanaq. Qarşıda hələ cavab oyunu da var. Başa düşmək lazımdı ki, burada asan rəqib yoxdu. Təəssüf ki, bu gün qələbə qazana bilmədik.
Rəqib bu gün nə özünə fürsət yaratdı, nə də bizə oynamağa imkan verdi. Aydın idi ki, onlar Bakıya heç-heçə üçün gəlmişdilər. Bu istəklərinə də nail oldular. 
Məşqçilər heyəti rəqibimizi bir daha təhlil edəcəklər. Mən "Qarabağ"a inanıram. Matçdan sonra paltardəyişmə otağına girərək, futbolçulara ruh yüksəkliyi verdim. Dedim ki, inşallah, səfərdən qələbə ilə qayıdın və qaçqınlarımızı sevindirin. Növbəti həftəni gözləyirəm. 
 
Bu gün 4 oyunçumuz ilk matçına çıxırdı. Əlbəttə ki, bu, onlarda həyəcan yaradırdı. Bununla belə, yaxşı oynadıqlarını düşünürəm. Fikrimcə, oyundan-oyuna daha faydalı olacaqlar". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər