Tahir Gözəl: "Loenin xarakteri "Qarabağ" fəlsəfəsinə uyğundu"

Tahir Gözəl: "Loenin xarakteri "Qarabağ" fəlsəfəsinə uyğundu"

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəlin müsahibəsi

- Təbii ki, Con van Loenin təyinatını yüksək qiymətləndiririk. Loen Hollandiya kimi futbol mədəniyyəti olan ölkədən gəlib. Ölkəsinin yığmasında oynayıb. Zəngin karyeraya malikdi. Onun ən əsas işi aşağı yaş qruplarında monitorinq təşkil etmək olacaq ki, onun təcrübəsibəsinə əsaslanan fəaliyyəti nəticəsində "alt yapı"da müsbət yöndə dəyişikliklər olacağına inanırıq. Ən xoşuma gələn amil isə Loenin özü üçün burda olmadığını bildirməsi oldu. Bu onun işinə peşəkar yanaşmasından əlavə xarakterinin də "Qarabağ" fəlsəfəsinə uyğun gəldiyini göstərir.

- Tahir bəy, Loenin fəliyyətindən nələr gözləyirsiz?

- İlk növbədə maarifləndirmə. Çünki, tədris metodologiyası bizim üçün çox önəmlidi. Loendən ilk növbədə aşağı yaş qruplarımızda olan məşqçilərimizin Avropa məşqçilik prinsiplərinin inteqrasıyanın sürətləndirməsini gözləyirik. 

- Sizin Hollandiya futboluna olan özəl sevginizi bilirik. Loenin təyinatını xoş sürpriz kimi dəyərləndirmək olarmı?

- Əlbəttə (gülür). Mənə görə zamandan asılı olmayaraq Hollandiya futbolu öz estetikasını heç vaxt itirmir. Hər dəfə bu ölkəyə yolum düşəndə hər 2 addımdan bir futbol meydançalarını görəndə, insanların bu oyuna sevgisini sezəndə xoşhallanmamaq mümkün deyil. Əminəm ki cənab Loenin metodikası sayəsində gələcək futbolçularımızda holland futbol fəlsəfəsinin elementlərinin şahidi olacağıq.

qarabagh.com

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər